Nardaran hadisələri ilə bağlı məhkəmədə şahidlər dinlənilibbackend

Nardaran hadisələri ilə bağlı məhkəmədə şahidlər dinlənilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Musavat.com-un məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə ilk olaraq təqsirləndilən Abbas Hüseynov çıxış edib. O, bildirib ki, ötən prosesdə ifadə verən şahidlərə ayaqqabı atdıqları üçün onların hamısına töhmət verilib.

Hakim bildirib ki, bu göstəriş məhkəmə tərəfindən verilməyib.

A.Hüseynov onu da bildirib ki, iki proses əvvəl şahidə su atdıqları üçün indi onlara proses zamanı su vermirlər. Hakim isə məhkəməyə gələn şəxslərin təhlükəsizliyinə cavabdeh olduqlarını xatırladıb.

Məhkəmə prosesində təqsirləndirilən şəxslərin yanında nəzarətçilərin oturmasına etiraz edən təqdirləndirilənlər zaldan üzlərini çeviriblər. Hakim nəzarətçilərin vəkillərin yanından qalxması ilə bağlı göstəriş verib. Bundan sonra məhkəmə davam etdirilib.

Prosesdə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməliyyatçısı Vüqar İsgəndərov həm şahid, həm də zərərçəkmiş şəxs qismində ifadə verib. Nardaranda keçirilən əməliyyatdan danışan əməliyyatçı bildirib ki, o, Əli adlı şəxsi zərərsizləşdirib və onun üzərindən bıçaq, beşbarmaq və partlayıcı maddə götürüb.

\”Biz əməliyyata iki maşınla getdik. Əvvəlcə gözlədik ki, namazlarını bitirsinlər. Biz içəri girəndə partlayış oldu. Çölə çıxanlar da atəş açırdı\” – deyə şahid ifadəsində söyləyib.

Şahid hadisə zamanı mənəvi zərər çəkdiyini də bildirib.

İnterpress.az