Meyitdən orqan köçülməsi ilə bağlı qanuna dəyişiklər olacaq?-CAVABbackend

Meyitdən orqan köçülməsi ilə bağlı qanuna dəyişiklər olacaq?-CAVAB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu İnterpress.az – Milli məclisin səhiyyə komitəsinin üzvü millət vəkili Musa Quliyev deyib.

Millət vəkili bildirib ki, bunun üçün də xüsusi komissiya lazımdır:

“Həmçinin beyin ölümünün parametrləri müəyyənləşməlidir. Aydınlaşmalıdır ki, beyin ölümü baş verib. Bundan sonra, xüsusi komissiyanın tərkibində – ekspert həkimlər, qeyri hökümət və ictimai təşkilatın nümayəndələri, din xadimləri və.s olmalıdır. Məhz bu şəxslər sonda qərar verirlər ki, ehtiyacı olan vətəndaşlara meyit orqanı köçürülə bilər. Bunun üçün xüsusi kilinikalar olmalı, beyinin ölümünün protokolları müəyyənləşməlidir. Bununla bağlı Səhiyyə Nazirliyi tərəfindən işlər aparılır. Eyni zamanda, Nazirlər Kabinet tərəfindən müvafiq normativ sənədlər hazırlanır. Yaxın zamanda meyitdən orqan köçürülə bilər”,- deyə M.Quliyev əlavə edib.

Meyitdən orqan köçülməsi ilə bağlı qanunda yeni dəyişiklər ola bilərmi? sualını şərh edən millət vəkili bildirb ki, transplatasiyanın edilməsində heç bir hüquqi problem yoxdur:

“Dünyada bununla bağlı hansı qaydalar varsa bizim də qanunlarımız bu cürdür. Ümumi baza kifayyət qədər zəngindir. Baxmağa, təkminləşdirməyə, əlavələr etməyə ehtiyyac yoxdur”.

İnterpress.az
Gülşanə Mustafayeva