İndoneziya parlamentinin sədr müavini Azərbaycana gəlibbackend

İndoneziya parlamentinin sədr müavini Azərbaycana gəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İndoneziyanın Azərbaycandakı səfirliyindən \”Report\”a bildiriblər ki, nümayəndə heyəti Fəxri xiyabanı ziyarət edib, ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq Zərifə Əliyevanın məzarı önünə əklil qoyub.

Nümayəndə heyəti, həmçinin Şəhidlər xiyabanını ziyarət edib və Azərbaycanın müstəqilliyi uğrunda ölənlərin xatirəsini yad edib.
Qeyd edək ki, səfər çərçivəsində O.S.Odanq Milli Məclisdə, eləcə də bir sıra rəsmi şəxslərlə görüşlər keçirəcək. Görüşlərdə Azərbaycan-İndoneziya münasibətlərinin möhkəmləndirilməsi perspektivləri müzakirə olunacaq.

İnterpress.az