Hər gün 103 xidmətinə 2000 -ə qədər çağırış daxil olurbackend

Hər gün 103 xidmətinə 2000 -ə qədər çağırış daxil olur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə İnterpress.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, səbəbindən asılı olaraq təcili tibbi yardıma daxil olan çağırışlar 2 qrupa bölünür:

1qrup: çox təcili çağırışlar – qeydiyyata alındıqdan sonra 20 dəqiqə ərzində yerinə yetirilir.
.
2 –ci qrup: təxirəsalınmaz çağırışlar – qeydiyyata alındıqdan sonra, 60 dəqiqədən gec olmayaraq icra edilir.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 2016-cı ilin yanvar-avqust ayı ərzində 300000 artıq ümumi müraciət daxil olub. Onlardan 25000-dən çoxu xəstəxanalara yerləşdirilib. Uşaqlar üçün edilən çağırışların sayı 37000-dən, onlardan xəstəxanalara yerləşdirilənlərin sayı isə 5000-dən artıq olub.

Bu müddət ərzində reanimasion tədbirlərin görülməsi nəticəsində çox ağır vəziyyətlərdən çıxarılaraq həyatı xilas edilən xəstələrin sayı 1000 nəfərdən çox olub. Miokard infarktı ilə müraciətlərin sayı 480, hospitalizasiya 465-ə yaxın; insultla müraciətlərin sayı 1500, hospitalizasiya 1400; doğuşla bağlı müraciətlərin sayı 1600, hospitalizasiya 1590; avtoqəza zamanı xəsarət alanların sayı 900 hospitalizasiya 800- dən artıq, xəstəxanadan kənar doğuşların sayı 30 olub ki, onların da hamısı hospitalizasiya olunub. Evdə qalan xəstələr haqqında ərazi üzrə müvafiq poliklinikalara məlumat verilib.

Təcili tibbi yardıma ehtiyacı olan 150 nəfər yaşayış yeri məlum olmayan şəxsə ilkin tibbi yardım göstərilərək müvafiq xəstəxanalara yerləşdirilib.
Yay mövsümü başlanandan ilan sancması ilə əlaqədar cəmi 14 müraciət olub ki, bunlardan da 12 halda hospitalizasiya icra edilib.
Pediatrik reanimasiya briqadalarının işi təkmilləşdirilib. Belə ki, Səhiyyə Nazirliyi tərəfindən ayrılmış yeni küvez aparatlarının köməyi ilə uzaq rayonlardan gətirilən və paytaxtın doğum evlərində anadan olmuş az çəkili və ya ağır qüsurlarla doğulmuş 500-ə qədər körpə Respublika Perinatal Mərkəzinə, K.Fərəcov adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna hospitalizasiya icra edilib.

İşin səmərəliliyini yüksəltmək məqsədi ilə yeni çağırış vərəqi forması hazırlanaraq Səhiyyə Nazirliyinə təqdim olunub. Bu formanın gələcəkdə planşetlərə də yüklənməsi nəzərdə tutulub. Bu məqsədlə138 ədəd daha çox fünksiyalı müasir planşetlər alınıb və yeni proqram hazır olduqdan sonra planşetlərə yazılıb həkimlərin istifadəsinə veriləcək.
103 xidmətinə gündəlik daxil olan çağırışların qeydiyyatı, yönləndirilməsi və hesabatı proqramının, o cümlədən hospitalizasiyanın təkmilləşdirilməsi istiqamətində işlər aparılır.
Əməliyyat və hospital işlərin təşkili və müalicə metodik işlərin təşkili şöbəsinin böyük həkimləri tərəfindən ünvanlara zənglər olunaraq onlara göstətilən ilkin tibbi yardımın keyfiyyəti barədə sorğular aparılır.
Bölmələrin hamısına internet xətti çəkərək vahid şəbəkə yaratmaqla, şöbələr arasındakı əlaqəli işin keyfiyyətini yüksəltmək, məlumatların mərkəzə ötürülməsində vaxt itkisinin qarşısını almaq mümkün olacaq.
“Lakin bəzən təcili yardıma ehtiyacın olunmadığı hallarda 103 xidmətinə müraciət edən vətəndaşlarda olur. Onlar daha ağır vəziyyətdə və həqiqətən təcili tibbi yardıma ehtiyacı olan xəstələrə ilkin tibbi yardımın gecikməsinə səbəb olurlar. Sakinlər tərəfindən zəng edilərək Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidmətinə aid olmayan suallar verilir (ünvanlar, müəssisələrin telefon nömrələri, saat soruşulur), yalançı çağırışlar, bir gün ərzində eyni şəxsin adına bir neçə dəfə əsassız çağırışlar verilir ki, bu da təcili yardımın işinə ciddi maneələr törədir. Ünvanlarda həkim və orta tibb işçilərinə təzyiqlər edərək öz diktələrinin icra etmələrini tələb edirlər. Bəzən elə vəziyyət yaranır ki, polis orqanlarından kömək istəməyə məcbur oluruq”.

Nazirlik bildirib ki, təcili tibbi yardımın keyfiyyətini artırmaq və bəzi nöqsanları aradan qaldırmaq məqsədi ilətəcili tibbi yardım stansiyasına zəng edən şəxsin həmin an yerləşdiyi məkanın dəqiq təyin edilməsi sistemi nəzərdə tutulub.. Bunun köməyi ilə ünvanın dəqiqləşdirilməsinə sərf olunan vaxta qənaət olunacaq və yalançı çağırışların qarşısı alınacaq. Çağırışın dəqiq ünvanı, adına çağırış verilən şəxs haqqında bütün məlumatlar elektron sistem vasitəsilə dərhal həkimin planşetinə ötürüləcək. Həmin məlumatlar əsasında həkim hətta yolda olarkən xəstə ilə bağlı ətraflı məlumatları əldə edə biləcək. Bu, da vaxt itkisinin qarşını almağa və təcili tibbi yardımın keyfiyyətinin yüksəlməsinə imkan verəcək.

Yeni naviqasiya sistemi nəzərdə tutulmuşdur ki, bu məqsədlə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinə müraciət olunub.

Yeni elektron sistem gələcəkdə yaradılması nəzərdə tutulmuş icbari tibbi sığortanın tətbiqi zamanı məlumatların ötürülməsinə şərait yaradacaq. Səhiyyə Nazirliyi tərəfindən hər bir vətəndaş üçün yaradılması nəzərdə tutulan elektron səhiyyə kartında vətəndaşın təcili yardıma nə zaman müraciət etməsi, hansı diaqnozla müalicə alması barəsində məlumatlar toplanacaq. İstənilən tibb müəssisəsinə müraciət etdiyi halda vətəndaşa məxsus kod nömrəsini və ya şəxsiyyət vəsiqəsinin nömrəsini sistemə daxil etməklə həmin şəxsin sağlamlığı barədə məlumat əldə etmək mümkün olacaq.

İnterpress.az