“BakuBus”dan avtobus gecikməsinə cavab verildibackend

“BakuBus”dan avtobus gecikməsinə cavab verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-a daxil olan şikayətlərə cavab olaraq “BakuBus” MMC-nin mətbuat xidmətinin rəhbəri Mansur Piriyev bildirib ki, “BakuBus” MMC-ə məxsus bütün marşrut xətlərindəki avtobuslar hərəkətdə olan zaman onlayn şəkildə izlənilir. Bakubus avtobuslarının hərəkət trayektoriyası və onlar arasında məsafə monitorinq bölməsində quraşdırılmış böyük monitorlar vasitəsi ilə daimi nəzarət altında saxlanılır:

“Əgər intervalla bağlı hər hansı müraciət daxil olursa, dərhal əməkdaşlarımız həmi istiqamətdə avtobusların hərəkəti və ara məsafəsini dəqiqləşdirirlər. Əgər bizdən asılı olmayan səbəbdən avtobusun gecikməsi baş veribsə, bu məlumat zəng edən sərnişinə bildirilir. Və yaxud hər hansı texniki səbəbdən ləngimə yaranırsa bu da dərhal aradan qaldırılır”.

Daha sonra qrum sözçüsü bildirib ki, bu gün səhər saatlarında 14 nömrəli marşurut xəttinin avtobuslarının intervallarında elə bir ləngimə və ciddi fərq olmayıb. Ən böyük interval 13 dəqiqə olub”,- deyə M.Piriyev əlavə edib.

Gülşanə Mustafayeva
İnterpress.az