Bakıda faciəvi hadisə: 2 nəfər öldübackend

Bakıda faciəvi hadisə: 2 nəfər öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata əsasən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonunda 2 nəfərin dərinliyi təxminən 20 m olan su quyusuna düşməsi və orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq 1974-cü il təvəllüdlü İbrahimov Elşad Arif oğlunun və 1961-ci il təvəllüdlü Doktorov Anatoliy Dmitriyeviçin cəsədlərini su quyusundan çıxarıb və aidiyyati üzrə təhvil veriblər.

İnterpress.az