Ana qızını bir şüşə arağa satdı və təcavüzü izlədibackend

Ana qızını bir şüşə arağa satdı və təcavüzü izlədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belə ki, bir ana 10 yaşlı qızını bir şüşə araq qarşılığında 23 yaşlı bir adama satıb, dah sonra təcavüz edilməsini izləyib.
Təcavüz edən adam həbs olunarkən, anası tərəfindən bir şüşə araq qarşılığında satılan azyaşlı qız isə xəstəxanaya aparılıb.
Azyaşlı qıza təcavüz edən şəxs polisə verdiyi ifadədə qızı anasından satın aldığı üçün qıza istədiyi hər şeyi edə biləcəyini düşündüyünü söyləyib.
Anasının bir şüşə araq qarşılığında satdığı azyaşlı qız təcavüzdən sonra küçədə ayaqları qanlı halda ağlayarkən yoldan keçənlər tərəfindən tapılıb.
Xəstəxanada müalicəyə qaldırılan azyaşlının vəziyyəti yaxşılaşdıqdan sonra həkimlər polisə uşağın ifadəsinin almasına icazə verib. Polis ananın qızını 1.30 avro dəyərində bir vodka şüşəsi qarşılığında satdığını və adam qıza təcavüz edərkən ananın də eyni otaqda olduğunu müəyyən edib.
Ana xəstəxanadakı qızını ziyarətə gələndə isə azyaşlı qız qorxudan səs-küy salıb, həkimlərdən onu anasından qorumağı xahiş edib.
12 yaşlı bir qızı daha olan ana yaşadığı kəndə qayıtdıqdan sonra həmkəndliləri təərfindən döyülüb.
Bundan sonra ana qaçaraq gizlənib.
Hazırda polis ananın tapılması üçün axtarışlar aparır.
Azyaşlıya təcavüz göstərən şəxs isə artıq polis tərəfindən həbs edilib, ancaq özünü günahkar hesab etmir. (moderator.az)

Ana qızını bir şüşə arağa satdı və təcavüzü izlədi

İnterpress.az