Bakı şəhər sakinləri – Musa Hüseynov, Oqtay Yusifzadə və Səbuhi Hüseynov naməlum şəxslə mübahisə ediblər. Mübahisə zamanı həmin şəxs Musa Hüseynov, Oqtay Yusifzadə və Səbuhi Hüseynova bıçaqla xəsarət yetirib.
Suraxanı rayon Polis İdarəsinin 30-cu polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini Cəfər Həsənov tutulub.
İnterpress.az