İnterpress.az APA-ya istinadən xəbər verir ki, bunu \”RİA Novosti\”yə \”Deutsche Welle\” şirkətinin mətbuat-katibi Kristof Yumpelt bildirib.
\”Bizim əməkdaşımız Naomi Konrad Qafqaz ölkələrində humanitar vəziyyət mövzusunda infoturda iştirak etmək üçün DW-də üç həftəlik müddətə işdən azad olunmuşdu. Səfəri Robert Boş Fondunun təqaüdü hesabına maliyyələşdirilib\”, – deyə Kristof Yumpelt bildirib.
Onun sözlərinə görə, Dağlıq Qarabağa səfər Naomi Konradın şəxsi təşəbbüsü ilə olub: \”Naomi Konrad Ermənistana DW-nin nümayəndəsi kimi səfər etməyib və orada DW üçün jurnalist qismində işləmir\”, – deyə Yumpelt qeyd edib.
Azərbaycan XİN-i bundan əvvəl \”Deutsche Welle\”nin qeyd olunan əməkdaşının adını \”arzuolunmaz şəxslər\” siyahısına salınacağını bildirib.
İnterpress.az