Qoyun oğurlayan şəxslər tutuldubackend

Qoyun oğurlayan şəxslər tutuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Saxlanılan şəxslər rayonun Eyvazlı kəndi ərazisindəki otlaq sahəsindən xırdabuynuzlu heyvan oğurlamaqda şübhəli bilinirlər.

Hadisədən xəbər tutan heyvan sahibi dərhal polisi bu barədə məlumatlandırıb. Asayiş keşikçilərinin keçirdiyi əməliyyat–axtarış tədbirləri nəticəsində sözügedən şəxslər \”VAZ 2106\” markalı avtomobil ilə saxlanılıblar. Maşına baxış zamanı dəyəri 400 manat olan bir baş qoç aşkar edilib. Heyvan öz sahibinə qaytarılıb.

Şübhəli şəxs qismində saxlanılan Vəliyev Qədir Əli oğlu və Məmmədov Tahir Məhəmməd oğlu istintaqa təhvil verilib.
Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır. (report)

İnterpress.az