Qadın sevgilisi ilə birləşib oğurluq etdibackend

Qadın sevgilisi ilə birləşib oğurluq etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhər sakini Aliyə Kərimovaya məxsus evdən 3000 manat oğurlanıb. O, baş verən oğurluq hadisəsi ilə bağlı polisə məlumat verib.

Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinənlər – Ağdam rayon sakini Jalə Hüseynova və Gürcüstan vətəndaşı Emin Əliyev tutulub.
Məlumata görə, Jalə Hüseynova ilə Emin Əliyev sevgili olub.
Faktla bağlı cinayət işi başlanıb.

İnterpress.az