Hacıqabulda dəhşətli qəzabackend

Hacıqabulda dəhşətli qəza

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mil-Muğan bürosunun məlumatına görə, səhər saatlarında Qubadlı sakini, 1960-cı il təvəllüdlü İsgəndərov İzzət Atakişi oğlunun idarə etdiyi MAN markalı, 50 ZA 177 dövlət nömrə-nişanlı yük maşını Yevlax sakini, 1986-cı il təvəllüdlü Qafarov Elşad Süleyman oğlunun idarə etdiyi “Mercedes” markalı, 66 BJ 952 dövlət nömrə-nişanlı minik avtomobili ilə toqquşub.

Nəticəndə “Mercedes”də olan sərnişin, 1958-ci il təvəllüdlü Hüseynov Sabir İsmayıl oğlu hadisə yerində ölüb, sürücü ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib.

Digər sərnişinlər – Yevlax sakinləri, 1959-cu il təvəllüdlü Hüseynova Aybəniz Arif qızı, 1960-cı il təvəllüdlü İradə Qocayeva, 1953-cü il təvəllüdlü Məshəti Qocayeva, 1994-cü il təvəllüdlü Haqverdiyeva Ayşən Arzu qızı, 2015-ci il təvəllüdlü Hüseynov Tuncay Ədalət oğlu və Hüseynova Solmaz Ədalət qızı müxtəlif dərəcəli bədən xəsarətlər alaraq, Şirvan Mərkəzi Şəhər Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.(apa)

İnterpress.az