Şimali Koreyanın nüvə sınağı təsdiqlənibbackend

Şimali Koreyanın nüvə sınağı təsdiqlənib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “tagesschau.de”- yə istinadən xəbər verir ki, Şimali Koreyada səhər saatlarında 5,3 gücündə zəlzələ olub. Daha əvəvəl eyni bölgədə olan zəlzələlərin nüvə sınağı nəticəsində yarandığı məlumdur.

“Yonhap” xəbər agentliyinə müsahibə verən Cənubi Koreyanın Müdafiə Naziri qeyd edib ki, “Şimali Koreyanın indiyə qədər ən böyük nüvə sınağını həyata keçirdiyini təxmin edirik”.

ABŞ Geoloji araşdırmalar mərkəzi Şimali Koreyanın şimal-şərqində-nüvə sınaqları keçirilən ərazidə partlamadan qaynaqlanan sarsılmanın olduğunu təsdiqləyib, lakin qurum partlayıcının növünü tam olaraq müəyyənləşdirə bilməyib.

Şimali Koreya mediası nüvə sınağının keçirildiyini yazıb və bu sınağın uğurlu olduğunu qeyd edib.