Fransada terror siqnalıbackend

Fransada terror siqnalı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Fransız polisinin Parisdə tərk edilmiş avtomobildə tapdığı 7 qaz balonu ilə bağlı axtarışa verilən qadın paytaxtın yaxınlığında yerləşən Essonne qəsəbəsi ətrafında yaralı şəkildə yaxalanıb.

“BFM” kanalının xəbərinə görə bu axşam polisin həyata keçirdiyi əməliyyatda üç qadın həbs edilib. Qadınlardan biri polisə bıçaqla müqavimət göstərib, nəticədə isə polisin açdığı atəşlə yaralanıb.

Yaralanan qadın və polisə tibbi yardım göstərilib.

Fransa polisi bu məsələ ilə bağlı daha əvvəl də iki cütlük yaxalasa da, daha sonra onlar azadlığa buraxılmışdı.

Qeyd edək ki, 15 iyulda 85 nəfərin öldüyü terrorun ardından Fransa höküməti terror təhdidinə qarşı mühafizəni daha da gücləndirib.

İnterpress.az