Mərkəzi Bankın valyuta ehtiyatı nə qədərdir?backend

Mərkəzi Bankın valyuta ehtiyatı nə qədərdir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AzNews.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov deyib. Ekspert hesab edir ki, bu il üçün ümumi büdcəsi 10 milyard 688 milyon manat olan Dövlət Neft Fondu isə dövlət büdcəsinə 7 milyard 615 milyon manat transfer etməlidir: “Fond bu ilin ötən aylarında artıq 3 milyard dollardan artıq valyutanı hərraclar vasitəsi ilə manata çevirib. Neft Fondu büdcə öhədlikləri başa çatanadək hərraclara çıxacaq, Mərkəzi Bank isə valyuta ehtiyatlarını qoruyub saxlamağa çalışacaq. Deməli, hər iki qurum orta və uzun müddətli dövrdə bazarda əsas oyunçu olmaqda maraqlı deyillər. Bu baxımdan, valyuta bazarındakı növbəti dəyişikliklər birbaşa hərraca Dövlət Neft Fondu və Mərkəzi Bankın nə qədər valyuta çıxarmasından asılı olacaq”.

V.Bayramovun fikrincə, böyük həcmdə valyutanın hər hərracda təklif edilməsi texniki baxımdan mümkün deyil: “Amma dollara olan tələbin yenidən artacağı gözləniləndir. İdxal, borc öhdəlikləri və dollarlaşma prosesi xarici valyutalara tələbi yenə də artıracaq. Bütün hallarda isə güman edilir ki, Mərkəzi Bank valyuta bazarında cari tələbi ödəməklə ilin sonuna doğru Rusiya və Qazaxıstanda olduğu kimi liberal məzənnə siyasətinə keçəcək və əslində bu da qaçılmazdır. Çünki liberal islahatlar liberal məzənnə siyasəti tələb edir. Mərkəzi Bank bu siyasətə hələ 2015-ci ildə keçməli idi, amma etmədi. İndi isə valyuta bazarını liberal məzənnə siyasətinə hazırlamaqla prosesə başlaya bilər”.

İnterpress.az