Stüardessanı öpən sərnişin həbs edildibackend

Stüardessanı öpən sərnişin həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az -ın xarici mətbuata istinadən xəbər verir ki, Hadisə “Dar əs Salam” şəhərindən Dubaya üçüş zamanı baş verib.
Sərnişinlərdən biri stüardessanı öpüb selfi çəkdirdiyinə görə Dubay məhkəməsinin qərarı ilə üç ayını həbsxanada keçirəcək.
42 yaşlı Tanzaniya vətəndaşı BƏƏ-nin ağır cinayətlər məhkəməsi tərəfindən cinsi təcavüzdə günahlandırılaraq 3 ay həbsinə hökm verilib.
Məlumata görə, təyyarə Dubay hava limanına enən kimi, ABŞ-dan olan 20 yaşlı stüardessa hadisı ilə bağlı polisə müraciət edib.
Saxlanılan səxs stüardessanın öpdüyünü etiraf edib, lakin məhkəmə qərarı ilə razılaşmadığını bildirib.
Qeyd olunur ki, vətəndaş cəzasını çəkəndən sonra deportasiya olunacaq.

İnterpress.az