Bakı Sağlamlıq Mərkəzinin Reanimasiya Şöbəsindən AzNews.az-a verilən məlumata görə, aktyorun qanaxması dayandırılıb: “Hazırda Muxtar Maniyevin huşu aydındır, tənəffüs prosesində hər hansı problem yoxdur. Özünü yaxşı hiss edir”.
Xəstəxanadan onu da bildiriblər ki, yaxın günlərdə aktyor evə buraxılacaq.
Xatırladaq ki, sentyabrın 2-də Xalq artisti Muxtar Maiyevin səhhəti qəfil pisləşib və onu Bakı Sağlamlıq Mərkəzinin Reanimasiya Şöbəsinə yerləşdiriblər.
Onu da bildirək ki, M. Maniyev şəkərli diabetdən əziyyət çəkir. Bu səbəbdən 2015-ci il avqustun 11-də Xalq artistinin sol ayağı, bu ilin martın 15-də isə isə sağ ayağı Elmi Cərrahiyyə Mərkəzində amputasiya edilib.
İnterpress.az