Şimali Koreyada zarafata qadağabackend

Şimali Koreyada zarafata qadağa

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, dünyada ən sərt diktador-lider kimi tanınan Şimali Koreyanın dövlət başçısı öz vətəndaşlarına “ağzınızı yumun” əmri verib.

Yerli mətbuatının yaydığı xəbərə görə, dövlət başçısı haqqında gündəlik söhbətlərdə zarafat etmək qadağan olundu.

Bundan əlavə ölkədəki totalitar rejim haqqında lağ və tənqidi şərhlər yazmaq, zarafat etmək və hətta ölkədəki rejimi bilvasitə tənqid etmək qadağan edildi.

İnterpress.az