Avtomobil aşdı – Polis ağır yaralandıbackend

Avtomobil aşdı – Polis ağır yaralandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə Goranboy-Ağcakənd avtomobil yolunda qeydə alınıb. “Opel Astra” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb və maşın yolun kənarına aşıb. Qəza zamanı sürücü, Goranboy rayon sakini, 1978-ci il təvəllüdlü Şirin Quliyev və sərnişin, Xocalı rayon Polis Şöbəsinin əməkdaşı, 1987-ci il təvəllüdlü Əhəd Qəhrəmanov müxtəlif bədən xəsarətləri alaraq Goranboy Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətlərinin ağır olduğu bildirilir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır. ( apa )

İnterpress.az