Əfqanıstanda partlayışbackend

Əfqanıstanda partlayış

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “milliyet.com”-a istinadən xəbər verir ki, Əfqanıstanın Şimalında yerləşən Baqlan əyalətində törədilmiş partlayış nəticəsində 8 nəfər həlak olub.
Baqlan Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Əhməd Cavid Bəşərat “Anadolu Agentliyi” nə verdiyi açıqlamada qeyd edib ki, Baqlanın mərkəzi küçələrinin birində velosipedə yerləşdirilən bomba partladılıb.

Bəşərat bildirib ki, partlamada 8 nəfər həyatını itirib, 9 nəfər isə yaralanıb. Eyni zamanda o qeyd edib ki, həyatınıı itirənlərdən biri polis, digərləri isə mülkü şəxs olub. Hazırda yaralıların bəzilərinin vəziyyətinın ağır olduğu bildirilir.

Partlayışı heç bir təşkilat öz üzərinə götürməyib.

İnterpress.az