Danimarkada irqçilikbackend

Danimarkada irqçilik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mediaya istinadən xəbər verir ki, Danimarkada şagirdlər irqi diskriminasiyaya məruz qalıb. Litseyin sinif otaqları aö və qara rəngdə boyanaraq ayrılıb. Ağ sinif otaqlarında ağlar, qara sinif otaqlarında isə qaralar təhsil alacaq. Beynəlxalq İrqçiliyə qarşı SOS qurumunun nümayəndəsi Jette Möller: “İnsanları ağ və qara danimarkalı kimi ayırmaq irqçiliyin ən pis formasıdır”. Ölkədə və dünyada tənqid edilən bu hadisənin etnik Danimarkalı olan şagirdləri məktəbdə saxlamaq məqsədilə yaradıldığı məlum olub.

İnsan Hüquqları İnstitutunun hüquqşünasları Nanna Kruza və Niels Erik Hansen bu vəziyyətin qanunlara zidd bir davranış olduğunu qeyd ediblər.
Lisseyin direktoru Yago Bundgard isə lisseyini belə müdafiə edib: “Cinsiyyətə görə siniflərin yaradılması halı mövcuddur, halbuki bu da ayrıseçkilik hesab edilə bilər. Lissey daxilində siniflərin yaradılması və digər idarəçilik işləri mənim səlahiyyətimdədir və düşünürəm ki,bu mövzuda hüquqi pozuntu yoxdur.”