Doğuş zamanı yenə ana öldü, uşaq sağ qaldıbackend

Doğuş zamanı yenə ana öldü, uşaq sağ qaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda doğuş zamanı daha bir ölüm hadisəsi qeydə alınıb.

Bunu Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova İnterpress.az-a bildirib.

32 yaşlı Nurlana Quliyeva qeysəriyyə əməliyyatı zamanı dünyasını dəyişib.

“Uşaqda sarğı gəlişi olub. Uşaq sağdır. 2,5 kiloqramlıq qız uşağıdır.

Vəziyyəti ağırlaşan ana bütün müdaxilələrə baxmayaraq dünyasını dəyişib”.

Onun sözlərinə görə, hazırda tibbi ekspertiza araşdırma aparır:

“Nəticələrdən sonra nazirliyin Doğuşayardım Komissiyası da araşdırma aparacaq\”,- deyə əlavə edib.

Gülşanə Mustafayeva
İnterpress.az