Çində inglis dilinə qarşı aqressiyabackend

Çində inglis dilinə qarşı aqressiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu həftə Çinin Uyğur Muxtar vilayətində iqtisadçı və politoloqların iştirakı ilə konfrans keçirilib. Konfransda Böyük İpək Yolunun bərpa edilməsi ilə bağlı məsələlər müzakirə edilib. Dünyanın müxtəlif ölkələrindən qatılan iştirakçılar arasında Azərbaycandan da siayi elmlər namizədi, politoloq Elşad Mirbəşiroğlu da olub.

Uyğur Muxtar vilayətinin paytaxtı Urimçi şəhərində görüşən ekspertlər İpək Yolunun dünya iqtisadiyyatı üçün əhəmiyyətindən danışıblar.
Konfransda iştirak edən ekspertlərin dediyinə görə, əvvəlcə tədbirin rəsmi dili kimi Rus, İngilis və Çin dillərinin seçilməsinə baxmayaraq, ingilis dilində nitqlərə yer verilməyib.

Bu vəziyyəti ekspertlər Çin və ABŞ arasında olan “soyuq iqtisadi savaşla” əlaqələndirib. Bunu təsdiqləyən hal kimi isə ekspertlər tədbirdə Obamanın əleyhinə tənqidi fikirlərin səsləndirilməsini göstərib. Çıxış edənlər Obamanı tənqid etsələr də, Putinlə bağlı hər hansı irad və ya tənqidi fikir səsləndirməyib.

Aytək Yusifsoy
İnterpress.az