“Mahmud Abbas şərtsiz görüşməyə hazırdırsa, mən də hazıram”backend

“Mahmud Abbas şərtsiz görüşməyə hazırdırsa, mən də hazıram”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “haberler.com”-a istinadən xəbər verir ki, Netenyahu Niderland dövlət başçısı Mark Rutte ilə görüşüb.

Görüşdən sonra təşkil edilən mətbuat konfransında Netenyahu qeyd edib: “Yüzlərcə dəfə bunu söyləmişəm və bir daha buradan təkrar edirəm. Görüşün harada keçiriləcəyi ilə maraqlanmıram, istər Niederland olsun, istər Moskva. Əsas sual ondan ibarətdir ki, Abbas heç bir ön şərt irəli sürmədən mənimlə görüşməyə hazırdırmı? Fələstin tərəfi ancaq əsirlərin sərbəst buraxılması ilə bağlı şərtlər irəli sürür. Əgər Abbas heç bir ön şərt olmadan birbaşa müzakirələr üçün hazırdırsa, men her zaman hazıram.”
Netanyahu həmçinin vurğulayıb ki, Boqdanovla Qüdsdə keçirilən görüşdə də məsələ ilə bağlı eyni fikri bildirib.

Interpress.az