Valideyn himayəsindən məhrum olanlarda  təhsil ala biləcəklərbackend

Valideyn himayəsindən məhrum olanlarda təhsil ala biləcəklər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin Elm və təhsil komitəsinin iclasında “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna əlavə və dəyişikliklər müzakirəyə çıxarılıb.

Qanunun 5-ci (Təhsil üzrə təminatlar) maddəsinə təklif olunan əlavə və dəyişikliyə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olanlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində (AMEA magistratura) təhsil haqqından azad ediləcəklər. Bundan başqa, qeyd olunan kateqoriyadan olan vətəndaşlar ilk peşə-ixtisas təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrini və AMEA magistraturasını bitirdikləri zaman müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi qaydada mövsümi paltar, habelə respublika üzrə orta əməkhaqqının iki mislindən az olmamaqla birdəfəlik pul vəsaiti ilə təmin olunacaqlar. Onlara təhsil aldıqları müddətdə dərslik və dərs ləvazimatlarının alınması üçün müavinətlər də veriləcək.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Interpress.az