333 nəfərin Azərbaycandan çıxışı qadağan olundubackend

333 nəfərin Azərbaycandan çıxışı qadağan olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın Vergilər Nazirliyinə istinadən verdiyi məlumata görə, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə, Vergi Məcəlləsinin 23.1.16-cı və 23.1.15-3-cü maddələrinə əsasən vergiödəyici vergi borcunu ödəmədikdə məhkəmənin qərarı əsasında fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər.

Bu isə o deməkdir ki, vergi borcunu tam ödəməyənə kimi belə şəxslərin ölkədən kənara çıxmasına icazə verilmir.

Siyahıda 333 fiziki və 452 hüquqi şəxsin adı var.
Vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış fiziki şəxslər
Vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış hüquqi şəxslərin icra orqanlarının rəhbərləri

İnterpress.az