Şəkidə iki avtomobil toqquşudubackend

Şəkidə iki avtomobil toqquşudu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Şəki regional Mərkəzindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə bu gün saat 16.00 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun Şəki rayonunun Cuma kəndi ərazisindən keçən hissəsində baş verib.

“Mercedes” markalı avtomobil ilə “VAZ 21011” markalı avtomobilin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Xəsarət alanlar Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb.

Şəki RMX-dan bildirib ki, xəsarət alanlardan ikisinin vəziyyəti nisbətən ağır hesab edilir. Onların şəxsiyyəti hələlik dəqiqləşdirilməyib. Məlumatda bildirilir ki, xəsarət alanların hamısı “Mercedes” markalı avtomobilin sərnişinləridir.

Faktla bağlı DİN Baş İstintaq və təhqiqat bölməsində araşdırma aparılır.

İnterpress.az