Bal yarmarkası başlayırbackend

Bal yarmarkası başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Nazirlikdən verilən məlumata əsasən xəbər verir ki, yarmarkada yalnız bilavasitə arıçılıq fəaliyyəti ilə məşğul olanlar iştirak edə biləcəklər.
Yarmarkada müəyyən edilmiş keyfiyyət standartlarına cavab verən təbii balın və digər arıçılıq məhsullarının satışına icazə veriləcək.

Arıçı-fermerlər tərəfindən yarmarkaya təqdim ediləcək arıçılıq məhsulları əvvəlcədən müvafiq qaydada zona baytarlıq laboratoriyalarında və Respublika Baytarlıq Laboratoriyasında müayinədən keçirilməlidir. Keyfiyyət göstəriciləri müvafiq laboratoriya tərəfindən təsdiq edilən arıçılıq məhsulları xüsusi nişanlanmış və arıçılıq məhsullarının saxlanılmasına icazə verilən ağzı kip bağlanmış qablarda, akt əsasında, yarmarkanın müvəqqəti saxlanma anbarında yerləşdiriləcək.
Keyfiyyət göstəricilərini təsdiq edən müvafiq sənədi olmayan arıçılıq məhsullarının sərgi-satış yarmarkasında nümayişinə və satışına yol verilməyəcək.

İnterpress.az