Bunu Ermənistan mətbuatına açıqlamasında politoloq Aqasi Yenokyan söyləyib. Onun sözlərinə görə, Karapetyan Ermənistan siyasi meydanına xaricdən gətirilib və hakimiyyətdəki heç bir qruplaşmaya aid deyil.
Qeyd edək ki, dünən Ermənistan Baş naziri Ovik Abramyan istefa verib. Onun yerinə bu vəzifəyə Karen Karapetyan təyin edilib. Karapetyan uzun müddət “Qazprom” şirkətində yüksək vəzifələrdə çalışıb.
İnterpress.az