Natiq Cəfərli azadlıqda – VİDEObackend

Natiq Cəfərli azadlıqda – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə vəkil Cavad Cavadlı bildirib.

O qeyd edib ki, Nəsimi rayon məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə N. Cəfərli ilə bağlı həbs-qətimkan tədbirinin ləğvi barədə qərar verib.

N. Cəfərli özü isə APA-ya açıqlamasında bu qərarın Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq İdarəsinin təqdimatı əsasında verildiyini qeyd edib.

“Lakin mənim barəmdə olan cinayət işinin araşdırılması davam edir”, – deyə o vurğulayıb.

Qeyd edək ki, N. Cəfərli avqustun 12-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq İdarəsinə çağırılıb. Daha sonra Nəsimi rayon Məhkəməsinə aparılan N. Cəfərlinin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

N. Cəfərli Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən təqsirləndirilir. ( apa )


İnterpress.az