Bu haqda İnterpress.az-a məlumat verən “bakı Metropoliteni” QSC-nın mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib ki, birinci vestibül plan üzrə oktyabrın 10-da açılmalı idi:
“Amma qış qrafikinə keçid və sərnişin sıxlığını nəzərə alaraq stansiyanın əsas girişini sentyabrın 15-də istifadəyə verməyi planlaşdırırıq. Hazırda son tamamlanma işləri gedir.
Qeyd edək ki, aprel ayının 15-dən “Elmlər Akademiyası” stansiyasının birinci vestibülü təmirə bağlanıb. Təmirdə əsas məqsəd istifadə müddəti bitmiş “ET-3” tipli 3 eskalatorun dəyişdirilməsi idi.
İnterpress.az