Limon- həyat mənbəyibackend

Limon- həyat mənbəyi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Olduqca faydalı olan limonun bilinməyən çox sayda istifadə qaydası var ki, bir çoxları bundan xəbərsizdir. Beləliklə, limonun bilmədiyimiz istifadə qaydaları…
– Su ləkəsi olan hamam əşyalarını limon sürtərək təmizləyə bilərsiniz.
– 3 limon, 1 qaşıq vanil və suyu qazanda su qalmayana qədər qaynadın. Bu, evdəki havanı təmizləyəcəkdir.
– 3-4 limonun qabığını 4-5 bardaq su ilə qaynadın. Soyuduqdan sonra saç diblərini bu su ilə masaj edin. 10 dəqiqə saxlayıb durulayın. Həftədə 1 dəfə bu proseduru edin. Bu, kəpək probleminə qarşı inanılmaz təsirli üsuldur.
– Əlinizə hopan yemək qoxularını əlinizə limon sürtərək yox edə bilərsiniz.
– Limonun tərkibindəki turşu qoltuq altındakı qoxuya səbəb olan bakteriyaları öldürür. Tər qoxusunun qarşısını almaq üçün qoltuğunuzun altına limon çəkə bilərsiniz.
– Limon suyunu saçınıza sürtüb 20 dəqiqə günəşdə otursanız, rəngi açılacaq.
– Paltarlarınızdakı tər ləkələrinə limon suyu çəkib yarım saat gözləyin və yuyun. Tər ləkələri yox olacaq.
– Tərkibində C vitamini bol olan limon dəriyə də yaxşı təsir göstərir. Limonu dərinizə və ya əllərinizə çəkərək daha parlaq və daha ağ bir dəriyə sahib ola bilərsiniz.
– Paslanan bıçaqları limon suyunda saxlasanız, pas ləkələrini aradan qaldıra bilərsiniz.
– Dilimlədiyiniz almaları və ya kartofu limon suyu damladılmış suyun içərisində saxlasanız, qaralmalarının qarşısını ala bilərsiniz.
– Limonlu suyu mikrodalğalı sobada 10 dəqiqə qızdırsanız, bir müddət saxlayıb asanlıqla sobanın içərisindəki ləkələri təmizləyə bilərsiniz.
– Həşəratların dişlədikləri yerlərə limon suyu çəksəniz, qaşınma və qızartını aradan qaldıracaq.

İnterpress.az