Nazirliyin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevin İnterpress.az-a verdiyi məlumata görə, qurbanlıq heyvanların satışı 4 ünvanda həyata keçiriləcək:
Xətai rayonu, “Nargilə” kafesinin yanı;
Qaradağ rayonu “Meyvəli Ticarət Mərkəzi”nin yanı;
Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, “Keşlə” bazarının yaxınlığında;
Yasamal rayonu, Şərifzadə küçəsində.
M.Hacıyev deyib ki, bayramla əlaqədar eyni zamanda ənənəvi olaraq 5 ünvanda kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirilir.
“Qurban bayramı ilə əlaqədar daha çox məhsul, daha çeşid müştərilərə təklif olunur”.
İnterpress.az