MSK-nın sədr müavini Natiq Məmmədov bildirib ki, mərkəzin bu sahədə kifayət qədər təcrübəsi var və 4 dəfə “exit-poll” keçirib:
“Bu dəfə təşkilat 48 dairə üzrə “exit-poll” keçirmək istəyir. Prosesdə 450 əməkdaş iştirak edəcək. Seçki prosesi ilə bağlı ictimaiyyətə gün ərzində 5 dəfə məlumat açıqlanacaq”.
İclasda mərkəzin müraciəti qəbul edilib.
İclasda, həmçinin bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib, MSK-nın 7 sentyabr 2016-cı il tarixli iclas protokolu təsdiq edilib.
İnterpress.az