Banklar dollar satışını 16% azaltıbackend

Banklar dollar satışını 16% azaltı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, iyulda yenə də əhaliyə satış alış əməliyyatlarını üstələyib.

İyulda xalis satış iyun ayı ilə müqayisədə 15,5% azalma göstərib. İyul ayı ərzində dollar ekvivalentində nağd valyuta alqı-satqısı əməliyyatlarının həcmi 455 430 min dollar təşkil edib. Bu, iyun ayı göstəricisindən 13,77% azdır. İyulda həyata keçirilən alış-satış əməliyyatlarının 276 608 min dolları əhaliyə satış, 178 822 min dolları isə əhalidən alış olub.
Ümumiyyətlə, bu ilin 7 ayında banklar 175 762 min dollar həcmində xalis (yəni, alışla satışın fərqi) nağd ABŞ dolları satıb. Belə ki, yeddi ayda dollar ekvivalentində nağd valyuta alqı-satqısı əməliyyatlarının həcmi 3 775 813 min dollar təşkil edib. Bunun da 1 975 787,4 min dolları əhaliyə satış, 1 800 025 min dolları isə əhalidən alış olub.

İnterpress.az