“Qəbələ” “Neftçi”yə qarşıbackend

“Qəbələ” “Neftçi”yə qarşı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İkinci oyun da Masazırda keçiriləcək.

Belə ki, “Qəbələ” ilə qarşılaşacaq “Neftçi” satdionunda həyata keçirilən bərpa işləri ilə əlaqədar “Əlincə Arena”ya sığınıb.

Çempionata uğursuz start verən və ilk 3 turda bir qələbə və 2 məğlubiyyət alan “ağ-qaralar” toparlanmaq üçün güclü rəqibi qarşısında 3 xala ümid edir. “Ağ-qaralar” son iki turda qola da, xala da həsrətdi. Artıq uzun müddətdi istefa qorxusu başı üzərindən əskik olmayan “Neftçi” mövqeyini daha da pisləşdirməmək üçün xal qazanmalıdı.

“Qəbələ”nin isə bir oyunu təxirə salınıb və əyalət klubu birinciliyin potensial lideridir. “Qırmızı-qaralar” səfərdə qalib gəlsələr ən az bir günlük ikinci pilləyə yüksələcəklər. Üstəlik Roman Qriqorçukun yetirmələri 4 oyundu qapılarından qol buraxmırlar və bu tendensiyanı davam etdirmək niyyətindədilər.

Topaz Premyer Liqası
IV tur
10 sentyabr (şənbə)

20:00. “Neftçi” – “Qəbələ”
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Elman Musayev, Nahid Əliyev
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Rauf Cabbarov
“Əlincə Arena”