76 həkim sertifikasiya imtahanından keçmədibackend

76 həkim sertifikasiya imtahanından keçmədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Nazirliyin Sertifikasiya Komissiyasından verilən məlumata əsasən xəbər verir ki, ümumilikdə imtahanlarda 465 həkim iştirak edib. Onlardan 76-sı imtahandan keçə bilməyib.

Qeyd edək ki, 2016-cı ilin yanvar ayından etibarən sertifikasiya imtahanı bir mərhələdə keçirilir. İmtahanda müsahibə mərhələsi aparılmır. Sertifikasiya imtahanının sualları 2 müxtəlif variantda 60 test və 5 klinik tapşırıq olmaqla iki hissəyə (test və klinik tapşırıq) bölünür. İmtahan suallarının test hissəsi üzrə 40 bal, klinik tapşırıq hissəsi üzrə isə 16 bal toplamış şəxslər sertifikasiyadan keçmiş hesab olunur.

İnterpress.az