“Qafqazinfo” xəbər verir ki, onun qohumları Qurban bayramı günlərində məhkumun yanına gələrək onunla görüşə biləcəklər. O digər cəza alan şəxslər kimi yaxınları ilə söhbət etmək imkanı əldə edəcək. Məlumata görə, Öcalanın artıq 520 gündür ki, heç kimlə görüşünə icazə verilmir.
Xatırladaq ki, PKK lideri 1999-cu il fevralın 15-də tutulub və ömürlük həbs cəzasına məhkum edilib.
İnterpress.az