“Debil, təhlükəli və pis adam” – ABŞ Trampdan üz çevirirbackend

“Debil, təhlükəli və pis adam” – ABŞ Trampdan üz çevirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lakin neftçilər bu il gözlənilmədən demokratların namizədi Hillari Klintona dəstək verməyə başlayıblar.
Musavat.com-un xarici mətbuata istinadən verdiyi xəbərə görə Hillari Klinton rəqibi Donald Trampa nisbətən neft pullarını daha çox toplamağa nail olub.

Belə ki, Donald Tramp seçki qabağı mərhələdə neft şirkətlərindən 149 min dollar, Hillari Klinton isə 525 min dollar pul qopara bilib.
Bundan başqa, neft şirkətləri onları namizəd olaraq göstərən partiyaları da unutmayıblar. “Uol Strit Cornal”ın xəbərinə görə burada da Klintonun üstünlüyü gözə çarpır – 470 min dollara qarşı 650 min dollar.

Beləliklə, Klintonun neft şirkətlərindən aldığı pulların məbləği Trampınkının iki qatı qədərini təşkil edir.

Qanunvericiliyə görə şirkətlər namizədləri birbaşa dəstəkləyə bilməz. Lakin onlar şirkətin çalışanları vasitəsilə hər hansı bir namizədin xeyrinə ianə verə bilirlər. Bu da onların hansı namizəddən yana olduğunu nümayiş etdirir.

Məsələn, dünyanın ən böyük neft şirkəti sayılan “Exxonn Mobile”-nin 175 əməkdaşı ümumilikdə Klintonun kampaniyasına 18 min dollar bəxş edib. Şirkətin sadəcə bir işçisi Donald Trampı pulla dəstəkləyib.

Vaşinqtonun iri neft lobbiçilik şirkəti sayılan “American Petrolium İnstitute”-dəki göstəricilər daha nəzərə çarpandır.
Şirkətin heç bir əməkdaşı Trampa dəstək verməyib.

Əlbəttə, ABŞ seçkilərinin tarixində neft maqnatlarının demokrat namizədlərə dəstək verdiyi hallar olub. Məsələn, 2008-ci ildə respublikaçı Con Makkeynin “Exxon Mobile”-dən aldığı məbləğ Barak Obamadan az olmuşdu (78 min-118 min dollar). Hətta “BP” Obamaya Makkeyndən daha çox ianə vermişdi. Lakin Arizona senatoru ABŞ-ın gələcək prezidentindən iki dəfə çox pul toplamağı bacarmışdı: – 900 min dollara qarşı, 2,2 milyon dollar.

Respublikaçıların ABŞ neftçiləri ilə sıx əlaqələri on illərə dayanır. ABŞ-ın “Center for Responsive Politics” adlı araşdırmaçı quruluşun verdiyi məlumata görə, tək 1989-cu ildə neft şirkətləri respublikaçıların namizədinə (böyük Corc Buş) 500 milyon dollardan artıq vəsait xərcləyiblər.

Tramp tərəfdarları onun seçki kampaniyasının xərclərini öz cibindən qarşıladığını qeyd edirlər. Neft şirkətlərinin Trampdan aralı dayanmasının səbəblərindən biri də sonuncunun onların fəaliyyəti ilə bağlı ziddiyyətli fikirlər səsləndirməsidir. Müşahidəçilər bunu ən çox Trampın neft sahəsindən başı çıxmaması ilə izah edirlər. Məsələn, Tramp seçkiqabağı təbliğat zamanı çıxışlarından birində frekinqi qadağan edən hər hansı bir ştatı anlaya biləcəyini söyləyib. (Frekinq üsulunda su və kimyəvi maddələr yüksək təzyiqlə qazma quyularına vurulur. Bu metod ekologiyaya, xüsusən içməli suyun çirklənməsinə səbəb olur – red.)

Bu isə neft-qaz sahəsini təmsil edənlərin maraqlarına cavab vermir.

Bundan başqa, Tramp ştatların federal torpaqlarla istədiyi kimi sərəncam verməsinə qarşı olduğunu söyləyib. Neft nəhəngləri isə mərkəzləşdirilmiş idarənin tam əleyhinədirlər.
Neft şirkətlərinin Trampla məsafə saxlamalarının səbəblərindən biri də onların respublikaçı namizədə inamlarının az olmasıdır.

 “Debil, təhlükəli və pis adam” – ABŞ Trampdan üz çevirir

Mətbuatın yazdığına görə, bu şirkətlər öz pullarını havaya xərcləmək yerinə, onları maraqlarını daha yaxşı təmsil edə bilən senatorlara vəsait ayırmağa üstünlük verirlər.
Neft şirkətlərindən aldığı dəstəyə rəğmən Hillari Klinton onların ünvanlarına sərt mesajlar söyləməkdən çəkinmir. Xanım Klinton öz çıxışlarında Barak Obamanın “yaşıl” siyasətini davam etdirəcəyini söyləyib.

 “Debil, təhlükəli və pis adam” – ABŞ Trampdan üz çevirir

O ABŞ- təmiz enerjili super dövlət etməyi qarşısında məqsəd qoyduğunu bildirib.
Bundan başqa Klinton evlərdə, məktəblərdə, xəstəxanalarda və ofislərdə elektrik enerjisinin istehlakının 3 dəfə azaldılmasının tərəfdarı olduğunu, habelə bütün ölkədə 500 milyon günəş panelini quraşdırılacağını bəyan edib.

Donald Tramp son rəy sorğularında irəlidə görüksə də, seçki prosesinin onun üçün ideal keçdiyini demək olmaz.

Son gəlişmələr onu göstərir ki, Trampdan üz çevirən təkcə neft şirkətləri deyil, həm də onun partiya yoldaşlarıdır.

Belə ki, Trampın televiziyada etdiyi çıxışların birində Putini tərifləməsi və bunun fonunda Barak Obamanı az qala təhqir etməsi ölkə daxilində, həm demokratlar, həm də nüfuzlu respublikaçılar arasında böyük hiddətə səbəb olub.

Hillari Klinton Trampın sözlərini “qeyri-vətənpərvər, habelə ölkə və onun ali baş komandanı üçün təhqiredici və təhlükəli olduğunu” bildirib.

“Vladimir Putin bizim maraqlarımıza zidd hərəkət edən aqressordan başqa birisi deyil”, – deyə ABŞ Nümayəndələr Palatasının respublikaçı spikeri Pol Rayan mətbuata bildirib. Rayan Putini ABŞ-a qarşı kiber hücumları təşkil etməkdə də ittiham edib.

Respublika partiyasından Florida ştatının senatoru Marko Rubio isə mətbuata verdiyi açıqlamasında Trampı “debil, təhlükəli və pis adam”, kimi təsvir edib.

 “Debil, təhlükəli və pis adam” – ABŞ Trampdan üz çevirir

Qəzetlərin yazdığına görə, hətta Trampa yaxın olan senatorlardan sayılan Alabama senatoru Cef Seşnz də Trampın söylədiklərini şərh edərkən olduqca əsəbi görünüb.

“Uol Strit Cornal” isə Tramp və Klinton arasında yarışı belə xarakterizə edib: biz dünyada mövqelərimizin zəifləməsinə gətirib çıxaran namizədlə xarici siyasətdən başı çıxmayan namizəd arasında yarışı izləyəcəyik”.

İnterpress.az