“Wi-Fi” -ı kəşf edən qadınbackend

“Wi-Fi” -ı kəşf edən qadın

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Onunla tez-tez qatıldığı məclislərdə silah texnologiyaları barəsində söhbətlər gedərmiş və bu söhbətlər Hedinin zehnində müstəsna yer tutur və onun düçüncəsini özünə məşğul edir. Bir-birinin ardınca texnoloji sahədə kəşflər edib, patentlər alır və sonra bütün səyini həsr edib uzaqdan idarə olunan patlayıcı qurğuların, düşmənin siqnal qarışdırıcıları səbəbi ilə idarə etmənin itirilməsinə mane olmaq texnikasını kəşf etdi və 1942-ci ildə bunun patentini aldı. Düzdür, bu müəyyən bir zaman istifadə olunmasa da, sonra Elektronikanın Qabaqcılları Dərnəyi 1997-ci ildə Hedinin patentini gördü və ona Elektronika Qabaqcılı Ordenini verdi. Hedi Lamarrın tapdığı bu uzaqdan idarəli qutuların, bugünün \”Wi-Fi\” və \”Bluetooth\” kimi uzaqdan qoşulma texnologiyalarının əsası olduğu bildirilir. Belə. Bu əcnəbi gəlinlər haqqında idi.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bizim universitetlərdə isə bu aralar \”Gəlin hazırlamaq\” müsabiqəsi elan olunub. Hansı universitetin daha yaxşı gəlin hazırlayacağı hələlik bilinməsə də, 11 il məktəb+ 4 il universtet oxuyub gəlin adına layiq olmaq – kurrikulum təhsili çərçivəsində özü böyük bir nailiyyətdir. Hətta neçə illərdir pedaqoji sahədə təhsil verən təhsil ocaqlarından birinin bu sahədə əməlli-başlı iş təcrübəsi var imiş. Belə ki, təhsil müəssisəsinin daxili nizamnaməsinin əsas müddəası gəlin hazırlamaq imiş. Və ölkəyə neçə-neçə diplomlu gəlinlər bəxş edirmiş.
Belə baxanda gəlin olmağın nəyi pisdir ki? Hamı çalışır ki, gözünün ağı-qarası olan qızlarını böyüdüb, boya-başa çatdırsın və gəlin yola salsın. Hətta əgər diqqət eləsək, elə vay-fayın ixtiraçısı Hedi Lamar da o boyda kəşfləri beynində götür-qoy edən zaman gəlin olub. Amma yəqin ki, onun gəlinliyi, bizim gəlinlik kollecinin məzunlarının gəlinliyndən fərqli olar. Çünki, ortada bir daşdan keçər \”diplom\” məsələsi var. Biri var, bu işin təhsilini almış gəlin, biri də var Hedi Lamar kimi həvəskar gəlin. Baxmayaraq ki, o, bu boyda texnoloji kəşflər eləmişdi. Amma çox təəssüf ki, həvəskar idi, gəlinlik diplomu yox idi. Diplomsuz gəlinin isə nə hörməti…

İnterpress.az