Mitinq keçirənlər buna görə xarici təşkilatlardan maliyyə alırlarbackend

Mitinq keçirənlər buna görə xarici təşkilatlardan maliyyə alırlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Trend-ə millət vəkili, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov deyib.

O qeyd edib: \”Milli Şuranın mitinqinə bu quruma daxil olan partiya rəhbərlərinin qohum-əqrəbası yığışıb. Onlar mitinq keçirməklə dövlətə və xalqa kəskin münasibətlərini bildirirlər\”.

S.Novruzovun sözlərinə görə, onlar xarici təşkilatlara göstərmək istəyirlər ki, Azərbaycanda etiraz var: \”Və buna görə həmin təşkilatlardan maliyyə alırlar\”.

Qeyd edək ki, sentyabrın 11-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı \”Məhsul\” stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, saat 17.00-dan 19.00-dək davam edən toplantıda həmin quruma daxil olan ayrı-ayrı partiyaların və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 2500 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib. İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.

İnterpress.az