Mətbuat Şurası da 11 sentyabr mitinqindən danışdı…backend

Mətbuat Şurası da 11 sentyabr mitinqindən danışdı…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Mətbuat Şurasından verilən məlumata əsasən xəbər verir ki, Azərbaycan Mətbuat Şurası Milli Şuranın sentybar 11-də metronun “İnşaatçılar” stansiyasının yaxınlığındakı “Məhsul” stadionunda keçirdiyi mitinqdə jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələri ilə bağlı monitorinq aparıb.
Aksiyanı işıqlandıran jurnalistlərə qarşı hər hansı insident qeydə alınmayıb. Mətbuat Şurasının Daxili İşlər Nazirliyi ilə birgə monitorinq qrupunun üzvlərinə bununla bağlı hər hansı müraciət edilməyib.
Şuranın monitorinq qrupunun üzvləri mitinqi işıqlandıran jurnalistlərin çox az qisminin üzərində “PRESS” yazılmış xüsusi gödəkçələrdə olduqlarını qeydə alıb. Onlar bununla bağlı müvafiq tövsiyələrini veriblər.

İnterpress.az