“Fil üçün düyün at”- Kompaniyası başladıbackend

“Fil üçün düyün at”- Kompaniyası başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kampaniya çərçivəsində fillərin qorunması istiqamətində təşkil olunan lahiyədə, önü düyün şəklində bağlanan xüsusi köynəklər satılır.

İnterpress.az xarici mediaya istinadən xəbər verir ki, fillərin qorunması ilə əlaqədar kampaniyalar təşkil edən geyim firması “İvory Ella”, üzərində fil rəsmi olan köynək istehsal etdi.
Bununla bağlı, önünə düyün atılmasını təşviq edən bir kampaniya başladı.
Qeyd olunur ki, hər il təxminən 30 min fil, qeyri-qanuni şəkildə fil sümüyü ticarəti üçün ovlanır.
Köynəyin satışından əldə olunan gəlir fillərin qorunması üçün təşkil olunan kampaniyalara gedəcək.
Yeri gəlmişkən bu lahiyədə fəal iştirak edənlərdən biri məşhur ulduz Naomi Campbeldir.

İnterpress.az