Belarus parlamentində müxalifətçilər də olacaqbackend

Belarus parlamentində müxalifətçilər də olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu bu gün keçirilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının sədri Lidiya Yermoşina bildirib.

Onun sözlərinə görə, Minskdəki birmandatlı dairədə Birləşmiş vətəndaş partiyasının üzvü Anna Konopatskaya qalib gəlib.

O, həmin dairədə 2015-ci ildə Belarus prezidentliyinə ilk qadın namizəd Tatyana Korotkeviçi üstələyib.

Parlament seçkilərində qalib gələn daha bir müxalifətçi “Belarus dili cəmiyyəti”nin sədr müavini, Elmlər Akademiyasının Dilçilik İnstitutunun əməkdaşı Yelena Anisimdir. O, mandatı Minsk vilayətindəki dairələrdən birində əldə edib.

Bundan əvvəlki parlamentdə müxalifət təmsilçiləri olmayıb. Bildirildiyinə görə, parlamentə Belarus Kommunist Partiyasının, Belarus Vətənpərvərlər Partiyasının və Respublika Əmək və Ədalət Partiyasının nümayəndələri də mandat qazanıblar.