13 atletin qatıldığı təsnifat mərhələsində Roman Saley ikinci qrupda mübarizə aparıb. İdmançımız məsafəni 4:13,83 saniyəyə qət edərək qrupda üçüncü, ümumi nəticədə isə 4-cü olub.
Qeyd edək ki, Azərbaycan Paralimpiya Oyunlarında 24 idmançı ilə təmsil olunur.
İnterpress.az