Asselborndan sərt çağırışbackend

Asselborndan sərt çağırış

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “welt.de”-ə istinadən xəbər verir ki, Lüksemburq Xarici İşlər Naziri Jean Asselborn , Macarıstanın qaçqınlara qarşı siyasətini tənqid edib və Avropa İttifaqının təməl dəyərlərinin kobud şəkildə pozulmasına yol verilməyəcəyini bildirib.
Asselborn: “Hansı ölkə Macaristan kimi qaçqınlara qarşı çəpər çəkərsə və mətbuat azadlığını pozarsa, müvəqqəti və ya daimi olaraq Aİ-dan xaric edilməlidir.” deyə bildirib.
Asselborn: “Qaçqınlara vəhşi heyvan kimi münasibət göstərirlər”
Həmçinin nazir Macarıstanın qaçqınları dayandırmaq üçün çəkdiyi çəpərlərin hər gün sərhəd boyunca uzadılmasına və çəpəri keçən insanların atəş təhlükəsinə məruz qalacağına diqqət çəkib.
Asselborn qeyd edib: “Burada müharibədən qaçan insanlar hətta vəhşi heyvanlardan da pis münasibətə məruz qalırlar”

İnterpress.az