Poroşenkodan seçki açıqlamasıbackend

Poroşenkodan seçki açıqlaması

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “dünyabülteni.com”-a istinadən xəbər verir ki, Ukrayna prezidenti Poroşenko Rusiyanın bu bazar günü Krımda keçirəcəyi parlament seçkiləri haqında danışıb.
O, bildirib ki, parlament seçkiləri Rusiyanın iki il əvvəl ələ keçirib daha sonra isə ilhaq etdiyi Ukraynanın Krım yarımadasında keçiriləcəyi üçün qeyri-leqaldır.
Prezident dünya ictimaiyyətini bu parlament seçkilərini tanımamağa çağırıb.
Poroşenko, Ukraynanın paytaxtı Kiyevdə G-7 və Aİ ölkələrinin iştirakı ilə keçirdiyi konfransda Kırımda insan hüquqlarının pozulması hallarının “fəlakət” həddinə çatdığını deyib. Həmçinin o bir daha vurğulayıb ki, bu şərtlər çərçivəsində Rusiyanın Kırımı ilhaq etməsi də hüquqa zidddir.

İnterpress.az