Qatarda uşaq dünyaya gəlibbackend

Qatarda uşaq dünyaya gəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “spiegel.de”-yə istinadən xəbər verir ki, 26 yaşlı gənc ana Kristina Sult adasındakı festivaldan Almaniyanın Şlesviq-Holşteyn əyalətinə qayıdarkən yolda sancılanıb.
Kristina həmin anlar haqqında belə deyib:
“Düşünürdüm ki, biz Husuma qədər gəmi ilə getməliyik, Hindenburqdama çatanda isə mənə aydın oldu ki, gəmiyə belə çatmağa imkan olmayacaq”
Hamilə qadın körpənin 14 gün sonra gözlədiyini bildirib, uşağa Hanna adı verilib.
Hanna 50 sm, 3350 qram olmaqla çətin ancaq sağlam şəkildə dünyaya gəlib.
Qeyd edək ki, Sultda sonuncu doğum məntəqəsi 2014-cü ildə bağlanıb.

İnterpress.az