18 yaşında dil açdıbackend

18 yaşında dil açdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”Hürriyyet.com\”-a istinadən xəbər verir ki,Türkiyənin Elazığ bölgəsində doğuşdan eşitmə qüsuru olan qıza Üsküdar Academic Hospitalda “bionic qulaq”-eşitmə cihazı taxılıb.
Xəstə Betül Dalkılıç yenidən danışmağa başlayıb və hər kəsi duyğulandırıb.
Onun ilk sözləri isə belə olub: “Ana, səni çox sevirəm”.
Qızın anası Perihan Dalkılıç bu anın bənzərsiz olduğunu deyib və duyğularını bu sözlərlə ifadə edib: “Ona illərlə səs oldum. İllərcə o məni “könül gözü” və dodaq hərəkətlərimlə başa düşürdü. Ona həmişə “səni çox sevirəm, qızım” deyirdim, o da ilk dəfə danışanda mənə bunu dedi\”.
Həkim Çağlar Batman hadisəni belə açıqlayıb:
”Betülün doğuşdan eşitmə problemləri olub, bir az duyum olsa da, zamanla o bu qabiliyyətini də itirib. Bu cür xəstələrin 6 yaşı keçməmiş əməliyyat olmaları vacibdir. Çünki beynin eşitmə bölgəsi bu yaşa qədər inkişafını tamamlayır. Əks təqdirdə isə Betül kimi danışıq qabiliyyətlərini də itirirlər.”
Həkimin sözlərinə görə qızın tamamilə danışması üçün isə zamana ehtiyac var.

İnterpress.az