Plastik pullar dövriyyəyə gəlirbackend

Plastik pullar dövriyyəyə gəlir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Gazetevatan.com”-a istinadən xəbər verir ki, İngiltərə plastik pul sisteminə keçir. Ölkədə bu gün nümayişə çıxarılan plastik banknotlar qırılmır, cırılmır və hətta paltaryuyan maşında yuyulanda belə xarab olmur.

Böyük Britaniya Mərkəzi Bankının prezidenti Mark Karney, Londonda günorta yeməyini yeni plastik pulla alaraq ilk yoxlanışı edib.
Böyük Britaniya Mərkəzi Bankının ekspertləri plastik pulların daha təhlükəsiz, kağız pullardan daha dayanıqlı və təmiz olduğunu deyirlər.

Bu gün nümayiş edilən beş sterlinq dəyərindəki plastik pulların üstündə İngiltərənin keçmiş baş naziri Uinston Çörçillin şəkli var, bir il sonra buraxılması nəzərdə tutulan on sterlinqlik pullarda isə yazıçı Austenin şəkli olacaq.
Xam maddəsi polimer olan plastik pullar kağız pullara nəzərən 2,5 dəfə daha dayanıqlıdır. Həmçinin bu pulların təqlid edilməsi asan deyil.

Plastik pullar dövriyyəyə gəlir

Plastik pullar dövriyyəyə gəlir

İnterpress.az